AZ

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən,yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlifərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərininQaradağ rayonundan yola salınıb.

Trend xəbər verir ki, bumərhələdə Cəbrayıl şəhərinə 49 ailə - 253 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısıilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmətdiləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30minə yaxın insan yaşayır.

Cəbrayıl
Cəbrayıl
Cəbrayıl
Cəbrayıl
Cəbrayıl
Seçilən
11
42
az.trend.az

10Mənbələr