AZ

Kafenin tualetində uşaq dünyaya gətirdi, unitaza atdı

ABŞ-nin Vayominq ştatından olan qadın kafenin tualetində uşaq dünyaya gətirən, daha sonra isə onu unitaza atmaq istəyən qadın həbs edilib. 

 Söz.az xəbər verir ki, bu barədə “ExpressNews” məlumat yayıb. 

Məlumata görə, 33 yaşlı Mallori Patris günorta saatlarında burger kafesinə gəlib və gecə saat ikidə tualetə gedib. 

Orada kifayət qədər çox vaxt keçirib və qəribə səslər çıxarıb. Müəssisənin müdiri mütəmadi olaraq müştərini yoxlayıb, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıb.

Qadın oradan çıxandan sonra menecer içəri daxil olub və unitazda körpə dölü görüb. 

Sonradan məlum olub ki, Mallori vaxtından əvvəl doğulmuş körpəni dünyaya gətirib və onu tualetə atmağa cəhd edib.

İlk olaraq ayaqyoluna baxan xilasedici dölü drenaj dəliyindən çıxarmaq üçün güc tətbiq etməli olduğunu, bundan sonra ona lazımi köməklik göstərərək yeni doğulmuş uşağı xilas etməyə çalışdığını bildirib. Təəssüf ki, uşaq ölüb, xəstəxanada bu təsdiqlənib.

Qadın xəstəxanaya aparılıb. Ona qarşı ölmüş uşağın cəsədinə qarşı zorakılıq ittihamı ilə cinayət işi açılıb.



Seçilən
47
soz.az

1Mənbələr