AZ

Paşinyanda virus aşkarlandı

Bu gün, 08:28

Ermənistanın baş naziri Nikol Paşinyanda koronavirus aşkarlanıb.
Musavat.com xəbər verir ki, baş nazir bu barədə “Facebook” səhifəsində yazıb.
“Dekabrın 23-də COVID-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım. Həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.
Günün sonuna kimi Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, - deyə o bildirib .

Seçilən
0
20
Reportyor.tv

10Mənbələr