AZ

Fiziki məhdudiyyətli qadın: "Ərim əməliyyat pulumu sevgilisi ilə xərclədi" - VİDEO

"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Bizim.Media
xəbər verir ki, verilişin budəfəki sayının qəhrəmanı fiziki məhdudiyyətli xanım Jalə Qasımova olub.

O, çəkdiyi əziyyətlərdən, həyat yoldaşı ilə olan problemlərindən bəhs edib:

"Həyat yoldaşım ilə sevib evlənmişik. Amma artıq bildim ki, heç kimə güvənmək olmaz. Sevgi insanın gözünü bağlayır. Dörd dəfə əməliyyat olunmuşam. Çox çətinliklər gördüm, heç nə məni yoldaşımın tərk etməyi qədər yıxmadı".

J.Qasımova əməliyyat olunmazdan bir gün əvvəl ərinin ona xəyanət etdiyini öyrəndiyini deyib:

"Əməliyyat olunmaq üçün İrana getmişdik. Axşam stresdən yata bilmirdim. Birdən gördüm ki, yoldaşımın telefonuna sevgilisindən mesaj gəldi. Bunu ona deyəndə məni İranda qoyub getmək istədi. Əməliyyatdan sonra yoldaşımla danışmağa yenə davam etdim, çünki onun dərdindən ölürdüm. Həkim dedi ki, bir ay sonra təkrar gəlməlisiniz. Ərimə müdiri və iş yoldaşları mənim müalicəm üçün pul vermişdilər. Sonra bir gün sosial şəbəkədə gördüm ki, ərim iş yoldaşlarının mənim müalicəm üçün verdiyi pulu sevgilisi ilə istirahətdə xərcləyib. Səbəbini soruşanda o, mübahisə edərək məni qoyub getdi".

Vaxtında həkimə getmədiyi üçün ayağının amputasiya olunduğunu deyən J.Qasımova bildirib ki, hər kəs onun öləcəyini düşünürdü:

"Bu səbəbdən ayağımı iki gün morqda saxlamışdılar ki, ölsəm məni onunla birlikdə basdırsınlar. Həmin dövrdə ən böyük köməkliyi yoldaşımdan gözləyirdim, amma məni qoyub getdi. İki yaş on aylıq uşağımla evdə tək qaldım, öz istəyi ilə də boşandıq. Sonra təkrar yanıma qayıtdı, bağışladım, yenidən evləndik. Bu, həyatımdakı ən böyük səhvim oldu".

Ətraflı Baku TV-nin süjetində:

Bizim.Media

Seçilən
19
4
bizim.media

10Mənbələr