AZ

Keçmiş amerikalı diplomat ABŞ-ın dağılacağını proqnozlaşdırıb

Bu, nə qədər geciksə, dünya üçün bir o qədər ağır nəticələr olacaq...

Poliqon xəbər verir ki, bunu RİA Novosti ilə söhbətində keçmiş amerikalı diplomat Cim Catras deyib.

Onun sözlərinə görə, çöküşün qarşısını almaq mümkün deyil və bu, nə qədər gec baş verərsə, nəticələri bir o qədər pis olacaq. O xatırladıb ki, SSRİ minimal zorakılıqla dağılıb, lakin ABŞ bununla bütün dünyanı sürükləyə, böyük müharibəyə səbəb ola bilər. Keçmiş diplomat ABŞ-dakı vəziyyəti Sovet İttifaqının son illəri ilə də müqayisə edib.

“Biz “Brejnev durğunluğu” adlandırıla biləcək uzun bir dövrdən keçirik. Vaxtilə Qorbaçov sistemi silkələməklə onu xilas etməyə çalışsa da, sonda qarşısını almaq istədiyi çöküşün katalizatoru oldu. Tramp müəyyən mənada Qorbaçova bənzəyən fiqurdur. O, xarizması və sistemi sarsıtmaq cəhdləri ilə Amerika imperiyasını xilas edə biləcəyinə inanır. Lakin bu, yalnız sabitliyin daha da pozulmasına gətirib çıxaracaq”, Catras deyir.

Diplomat onu da qeyd edib ki, Donald Trampın prezidentliyi dövründə ABŞRusiya arasında münasibətlərdə əhəmiyyətli irəliləyişlər gözləmək lazım deyil.

Poliqon.info

Seçilən
20
2
poliqon.info

10Mənbələr