"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin Qrenlandiya adasını və Panama kanalını ələ keçirməsinə ciddi yanaşır".
OXU24.COM xəbər verir ki, bu barədə siyasətçiyə yaxın mənbələrə istinadla "New York Post" məlumat yayıb.
"Prezident yüz faiz ciddidir", - mənbə bildirib.
İkinci mənbə isə bildirib:
"Tramp hesab edir ki, "böyüməyən imperiyalar dağılmağa başlayır"".
Mənbə onu da bildirib ki, siyasətçinin özü qitədə ekspansiya həyata keçirmiş və ABŞ ərazisinin genişlənməsinə töhfə vermiş keçmiş ABŞ prezidentlərinə üstünlük verir.
Ötən həftə Tramp bildirib ki, Panama kanalı yenidən ABŞ-ın mülkiyyətinə çevrilə bilər. Siyasətçinin sözlərinə görə, Panama tərəfindən tutulan kanal haqqı, xüsusən də ABŞ-ın göstərdiyi səxavət nəzərə alınmaqla, “sadəcə gülüncdür”. O, həmçinin Çinin Panama kanalından istifadəni davam etdirməsindən narazılığını bildirib, baxmayaraq ki, bu, kanalın transferi müqaviləsinin şərtlərinə ziddir.
Bundan əlavə, Tramp bildirib ki, Danimarkanın bir hissəsi olan Qrenlandiya adası ABŞ-ın mülkiyyətinə keçməlidir.
Bundan əvvəl Tramp Kanada və Meksikanı ABŞ-a qoşulmağa dəvət etmişdi.