Ajans.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitruk öz Telegram kanalında yazıb.
“Zelenski üçün bu, əlbəttə ki," yaxşı xəbərdir”, - deyə o bildirib.
A. Dmitruk Kelloqun Minsk razılaşmalarının “bədbəxt bir şəkildə iflasa uğradığı” sözlərinə cavab verib və bildirib ki, Donald Tramp bu vəziyyətin bir daha təkrarlanmasına imkan verməyəcək. Kelloq həmçinin bildirib ki, Ağ Evin yeni rəhbəri Rusiya və Ukrayna arasında ədalətli və uzunmüddətli sülhü təmin edəcək razılaşmalara nail olmaq istəyir.
Bundan əvvəl seçilmiş ABŞ prezidentinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin həlli planının təfərrüatlarını açıqlamaqdan imtina edərək, Trampın bu məsələ ilə bağlı öz fikirlərinin olduğunu və bunun vaxtı gələndə bunu özü açıqlayacağını bildirmişdi.