Olaylar.az xəbər verir ki, diplomatın sözlərinə görə, bu vəziyyət iki ölkə arasında münasibətlərin inkişafına maneə yarada bilər və yaxın gələcəkdə əməkdaşlıqda irəliləyiş gözlənilmir. "Onlar [Rusiyanın rəsmi şəxsləri] elə davranırlar ki, guya Tramp administrasiyasında kiminləsə səmərəli dialoq aparmaq mümkün olacaq. Məncə, bu, əsassız bir gözləntidir", - deyə o, qeyd edib.
Bununla yanaşı, keçmiş diplomat Tramp administrasiyasında konstruktiv əlaqələr qurula biləcək üç şəxsin adını çəkib: Tulsi Qabbard, kiçik Robert Kennedi və Cey Di Vans. Lakin Catras digər şəxslərin bu kateqoriyaya aid olmadığını vurğulayıb.
Məqalədə qeyd olunur ki, Donald Tramp komandasında yalnız etibar etdiyi və tanıdığı şəxsləri birləşdirir. Yeni administrasiyada televiziya aparıcısı Pit Hegset, respublikaçı Con Retkliff və Trampın qolf tərəfdaşı Stiven Uitkoffun olması ehtimal edilir.