Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 65 liqasından mövsümün cari dövrü üçün 21 yaşadək ən yaxşı futbolçuların siyahısını dərc edib. Ən yaxşılardan biri də “Qarabağ”ın hücumçusu Nəriman Axundzadədir.
20 yaşlı hücumçu ötürmə və zərbələrə görə ən yaxşı statistikaya malik olan sağ cinah müdafiəçiləri qrupunda 7-ci pillədə qərarlaşıb. Faiz ifadəsində onun göstəricisi 75,1 olub. Bu zirvədə ən yaxşılar Arda Gülər (Real Madrid, 81,4), Fakundo Buonanotte (Lester, 79,6) və Matej Şindir (Banik, 78,9).
Ümumilikdə, Axundzadə bu mövsüm ağdamlıların heyətində 20 oyuna (1028 dəqiqə) çıxıb, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.