AZ

Əsədin ailə üzvlərinin adına olan xəstəxanaların adları dəyişdirilir

Keçid hökumətinə daxil olan Suriya Səhiyyə Nazirliyi ölkənin müxtəlif bölgələrində  devrilmiş prezident Bəşər Əsədin ailəsinin müəyyən üzvlərinin adını daşıyan 15 xəstəxananın adlarını dəyişdirmək qərarına gəlib. 

Bakıvaxtı.az Suriya telekanalına istinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ad dəyişikliyi ölkənin ən böyük şəhərlərində - Hələb, Dəməşq, Deyr əz-Zor, Latakiya, Tartus, Həma, Homs və bir sıra digər şəhərlərdəki xəstəxanalara aiddir. Onların bəziləri hələ də 1994-cü ilin yanvarında avtomobil qəzasında həlak olan Bəşər Əsədin qardaşı Basilin adını daşıyırdı.

Bundan başqa, Dəməşqdəki Əsəd Universitetinin xəstəxanası bundan sonra Milli Universitet Xəstəxanası adlandırılacaq. Hələbdəki Basil Əsəd Ürək Xəstəlikləri və Cərrahiyyə Xəstəxanası Hələb Ürək Xəstəlikləri və Cərrahiyyə Xəstəxanasına çevrilib.

Gülşən Şərif

Seçilən
18
50
bakivaxti.az

10Mənbələr