AZ

Donald Tramp Kanada və Qrenlandiyanın ardınca, Panama kanalını da almaq istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanı əldə etmək və Panama kanalını geri qaytarmaqda qərarlıdır. Bu barədə “New York Post”a (NYP) Respublikaçılar Partiyasına yaxın mənbələr məlumat verib.

“Prezident 100% ciddidir” -nəşrin həmsöhbətlərindən biri deyib. Başqa bir mənbə iddia edir ki, Trampın fikrincə, inkişaf etməyə can atmayan imperiyalar tənəzzülə uğrayacaq. NYP həmsöhbəti əlavə edib ki, Donald Tramp qitədə genişlənmə ideyasına sadiq qalan sələflərinə heyrandır.

Bundan əvvəl siyasətçi bəyan etmişdi ki, ABŞ Panama kanalının qaytarılmasını tələb edə bilər. Respublikaçı onun istifadəsi üçün yüksək tarifləri tənqid edib və kanala nəzarətin verilməsinin güzəşt deyil, “əməkdaşlıq jesti” olduğunu vurğulayıb. Panama prezidenti Xose Raul Mulino bildirib ki, kanal 47 ildir ki, yalnız onun ölkəsinə məxsusdur. Donald Tramp Qrenlandiyaya sahib olmağı milli təhlükəsizlik və “bütün dünyada azadlıq” üçün vacib adlandırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
1
editor.az

2Mənbələr