"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bununla bağlı Oxu.Az-a AZAL-dan məlumat verilib.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
11:06
Azərbaycandan Çeçenistan Respublikasının paytaxtına uçan təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Orda" nəşri xəbər yayıb.
Bildirilir ki, təyyarə "Azərbaycan Hava Yolları"na məxsus olub. Təyyarənin Bakıdan Qroznıya uçduğu vurğulanır.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.