AZ

AMEA Mərkəzi Kitabxanasında “Qızılbaş ensiklopediyası”nın təqdimatı - FOTOLAR

“Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabı təqdim edilib. SİA xəbər verir ki, iki cildlik ensiklopediyanın təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilib.

Öncə qızılbaşlığın Azərbaycan tarixində rolu haqqında qısa sənədli film, daha sonra Şah İsmayıl Səfəvinin süni intellekt proqramı ilə yaradılmış avatarının gələcək nəsillərə müraciət videosu nümayiş etdirilib.

Azərbaycanın elm, eləcə də ictimai sektor nümayəndələrinin iştirak etdiyi təqdimatda AMEA prezidenti akademik İsa Həbibbəyli, ABİA idarə heyətinin sədri Elçin Əsgərov, AMEA Tarix və Etnologiya İnstitutunun Baş direktoru professor Kərim Şükürov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşıırıqlar üzrə səfiri Elşad İskəndərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və başqaları çıxış edərək, ensiklopediya ilə bağlı öz təəssüratlarını, Qızılbaşlığın Azərbaycanın dövlətçilik tarixində, milli kimliyinin formalaşmasında və mədəni intibahında rolu haqda düşüncələrini bölüşüblər.

Çıxışçılar gələcəyə qalibiyyətlə getmək üçün tarixi dəyər və ənənələrə bağlı olmağın, milli kimliyimizin vacib məqamlarını yaşatmağın əhəmiyyətini qeyd ediblər.

“Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi adlar” ensiklopediyası ABİA-nın təşkilatçılığı, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dəstəyi ilə bir il ərzində ərsəyə gəlib və Şah İsmayıl Səfəvinin xatirəsinin 500 illiyinə həsr olunub.

Seçilən
4
1
sia.az

2Mənbələr