AZ

“Təyyarə qəzasında sağ qalanlar var” –Qazaxıstanın Səhiyyə Nazirliyi

Qazaxıstanın Səhiyyə Nazirliyi AZAL-ın Aktau hava limanında qəzaya uğrayan təyyarəsində sağ qalanların olduğunu açıqlayıb.

Azpost.info xəbər verir ki, nazirlik hazırda 6 nəfərin sağ olduğuna dair məlumata sahib olduqlarını bildirib. Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus Embraer EMB 190 təyyarəsi qəzaya uğramazdan əvvəl Qazaxıstanın Aktau şəhərinin hava limanı üzərində dövrə vurub. Bundan əvvəl ekipaj təcili eniş tələb edib və icazə gözləyirib.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Aktau yaxınlığında təyyarənin qəzaya uğradığını və qəza yerində yanğının baş verdiyini təsdiqləyib. Nazirliyin məlumatına görə, qəzaya uğrayan təyyarədə sağ qalanlar var.

Qroznı hava limanının mətbuat xidmətindən verilən məlumata görə, Bakıdan gələn təyyarə Qroznıda duman səbəbindən Mahaçqalaya, oradan isə Aktauya yönləndirilib.

Azpost.info

Seçilən
60
50
azpost.info

10Mənbələr