AZ

Gürcüstan XİN təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasıxəbərini dərin hüznlə qarşılayırıq.

Trend xəbərverir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin "X" sosialmedia hesabında qeyd edilib.

"Biz dost Azərbaycan hökümətinə və xalqına dərin hüznləbaşsağlığımızı bildirmək istərdik. Bu çətin zamanda Gürcüstanstrateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralıların tezlikləsağalmasını arzu edirik", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Seçilən
13
45
az.trend.az

10Mənbələr