"Rusiya hakimiyyəti üçün ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyasının nümayəndələrindən hər hansı biri ilə konstruktiv dialoq qurmaq son dərəcə çətin olacaq".
hakimiyyet.az-ın xəbərinə görə, bu sözləri keçmiş ABŞ-li diplomat Cim Catras "RIA Novosti"yə müsahibəsində deyib.
Cim Catras hesab edir ki, ABŞ-nin yeni hökumətində elə də çox "ağıllı insan" olmayacaq.
"Bu da Rusiya ilə ABŞ arasında münasibətlərin qurulması imkanlarını çətinləşdirəcək", - deyə o bildirib.
Diplomatın sözlərinə görə, dövlətlər arasında əməkdaşlıqla bağlı hər hansı irəliləyiş gözlənilmir.
"Onlar (Rusiya rəsmiləri) özlərini elə aparırlar ki, sanki Trampın administrasiyasında dialoq apara biləcəkləri ağıllı birinin olacağına ümid edirlər", - deyə keçmiş diplomat qeyd edib.
Cim Catras, həmçinin işgüzar əlaqələrin qurula biləcəyi üç nəfərin adını çəkib ki, bunlar Tulsi Qabbard, kiçik Robert Kennedi və Cey Di Vensdir.