“Saab” şirkəti İsveçin Müdafiə Avadanlıqları İdarəsindən (FMV) Hərbi Hava Qüvvələrinin “Gripen C/D” qırıcları üçün 466 milyon SEK (42.1 milyon ABŞ dolları) dəyərində raket sifarişi alıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifariş qırıclar üçün “hava-hava” və “hava-yer” tipli raketlərin tədarükünü əhatə edir.
Qeyd olunub ki, yeni raketlərin tədarükü “Gripen C/D” qırıcılarının əməliyyat bacarığını əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq İsveç HHQ-nin hərbi imkanlarını artıracaq.