Türkiyənin Kırşehir şəhərində 26 yaşlı hamilə qadın evində sinəsindən tapança ilə vurulmuş vəziyyətdə tapılıb.
Medianews.az “Sözcü”yə istinadən xəbər verir ki, hadisə ötən gün yaşayış binaların birində baş verib.
9 aylıq hamilə qadını xilas etmək mümkün olmasa da, bətnindəki körpəsi keysəriyyə əməliyyatı ilə sağ qalıb.
Hadisə ilə bağlı istintaq davam edir.