Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycanda yaradılmış komissiya Manqistau vilayətinə gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə inaktau.kz saytı məlumat verib.
Qeyd olunub ki, nümayəndə heyətinə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir. Həmçinin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də komissiyanın üzvüdür.
***
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün yaradılan dövlət komissiyasının üzvləri Aktau şəhərində hadisə yerindədir.
“Trend”