AZ

Əhməd Davudoğlu Azərbaycana başsağlığı verdi

Türkiyənin sabiq Baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Cənab Davudoğlu bu barədə “X” və “Facebook” sosial şəbəkələrində paylaşım edib. 

“Sevinci ilə sevindiyimiz, kədəri ilə qəmləndiyimiz Can Azərbaycana məxsus bir sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya düşdüyünü üzülərək öyrəndim. Azərbaycan Türkü soyadaşlarımıza başsağlığı verirəm. Yaralılara isə təcili başsağlığı verirəm”, - deyə Əhməd Davudoğlu qeyd edib.

Seçilən
15
cebheinfo.az

1Mənbələr