AZ

Aktaudakı azərbaycanlı diaspor nümayəndəsi: Yaralılara baş çəkdik

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. 

Qəza enişi zamanı ən azı 35 nəfər həlak olub.

Modern.az Aktaudakı azərbaycanlı diaspor nümayəndəsi Şəmsəddin Hüseynovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Şəmsəddin Hüseynov bunları deyib:

"Aktauda Azərbaycanın Baləkən rayonundan olanlar da yaşayır. Onların qohumlarından təyyarə qəzasına düşənlər var. Bakıdan Qroznıya uçan təyyarə ekstremal situasiyaya görə Aktauya istiqamət alıb. Burada eniş icazəsi istəyib, lakin eniş edə bilməyib. Təyyarə qəza enişi edərkən yerə çırpılaraq alovlanıb. Aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gedib, lazımi müdaxilələr həyata keçiriblər. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Meyitlər də morqa köçürülüb. Biz xəsətəxanada idik, yaralılara baş çəkdik. Burada hamıya yardımlar göstərilir. Səfirlik, konsulluq işçiləri buradadır, Azərbaycandan nümayəndə heyəti gəlib".

Seçilən
12
modern.az

1Mənbələr