AZ

Çerçesovdan AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım - Şəkil

style='margin-bottom:10px;'>

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasına səssiz qalmayıb.

QOL.az xəbər verir ki, mütəxəssis bu haqda sosial şəbəkə hesablarında paylaşım edib. O, dəhşətli qəzada həyatını itirənlərə görə başsağlığı verib:

“Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlərin yaxınlarına başsağlığı verirəm. Bu, Rusiya, Qazaxıstan və Azərbaycan xalqlarının ümumi kədəridir”.

Xatırladaq ki, son rəsmi məlumata görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. 

Hadisə nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ərazisində matəm elan olunub.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr