Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlardan biri 90-cı illərdə Qroznıda faciəvi şəkildə həlak olmuş məşhur sovet alimi Əbdül-Xamid Bisliyevin qızıdır.
Azpost.info bildirir ki, bu barədə SHOT teleqram kanalı məlumat verib. 54 yaşlı Cəmilə Bisliyeva Aktauda Bakı-Qroznı reysi ilə uçan “Embraer 190AR” qəzasından sağ çıxa bilib.
Onun atası məşhur sovet fiziki Əbdül-Xamid Bisliyevdir.
Bisliyev Çeçen-İnquş Dövlət Universitetində maqnit hadisələrinin fizikası üçün yeni laboratoriya yaradıb. O, 1991-ci ildə Qroznıda öldürülüb. Həmkarını və dostunu qorumağa çalışarkən ölümcül yaralanıb.