“Yerə enəndə iki zərbə oldu. Oturacaqlardan bərk-bərk tutmuşdum. Təyyarənin sağ tərəfi tamamilə dağılmışdı. Ön hissə isə partladı. Özümə gələndə gördüm ki, ayağım sıxılıb”.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer 190" təyyarəsində sağ qalmış vladivostoklu turizm agenti Kristinanın sözləridir.
Onun dediyinə görə, təyyarə yerə düşməzdən əvvəl təxminən bir saat ərzində havada dövrə vurub. Bort bələdçisi sərnişinləri sərt eniş olacağını xəbərdar edib və başlarını aşağı əymələrini tapşırıb. Təyyarə enərkən zərbə hiss olunub, bu da mühərrikə quş dəydiyini xatırladır.
Təyyarə yerə düşəndən sonra Kristina huşunu itirib. Özünə gələndə ayağının sıxıldığını görüb, onu özü çıxarıb və salondan çıxıb. Orada həkimlər onu qarşılayıb və dərhal xəstəxanaya çatdırıblar.
Afaq,
Musavat.com