"Barselona"nın vingeri Rafinya İspaniya La Liqasının 18-ci turunda evdə "Atletiko Madrid"dən aldıqları məğlubiyyətin (1:2) əsas səbəbkarının kim olduğunu deyib.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı oyunçu qısa açıqlama ilə kifayətlənib:
"Məğlubiyyətə görə günahı özümdə görürəm. Əsas səbəbkar mənəm".
Xatırladaq ki, qonaqların 90+6-cı dəqiqədə vurduğu qələbə qolu zamanı məhz Rafinya Aleksandr Sörlota verilən ötürmənin qarşısını kəsə bilməyib.
Nihat