AZ

TBMM sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumat görə, Numan Kurtulmuş “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyib.

Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Seçilən
0
41
azpost.info

10Mənbələr