AZ

“İki saat keçdi, xəbər gəldi ki, təyyarə qəzaya uğrayıb” – Video

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında Gəncə şəhər sakini də var.

Tribunainfo.az xəbər verir ki, yaralanan sərnişin Toğrul Cəfərovun atası Mahir Cəfərov oğlunun istirahət məqsədilə Bakıdan Çeçenistanın paytaxtı Qroznıya getdiyini bildirib: “Oradan isə Rusiyanın Sankt-Peterburq şəhərinə uçacaqdı”.

M.Cəfərov qəza xəbərini eşidəndən sonra bir müddət oğlundan xəbər ala bilməyib. Sonradan isə onunla telefon danışığı edə bilib: “Təxminən iki saat keçdi, xəbər gəldi ki, təyyarə qəzaya uğrayıb. Ondan bir saat sonra əlaqə yaratdıq. Şükürlər olsun, yüngül xəsarətlər alıb. Hazırda Aktauda xəstəxanadadır. Gün ərzində 4-5 dəfə danışmısam”.

Qeyd edək ki, Toğrul Cəfərov Gəncə Birləşmiş Xəstəxanasının Dəstək Xidmətləri Şöbəsinin əməkdaşıdır.

Seçilən
11
5
tribunainfo.az

6Mənbələr