AZ

Çin doğumu artıraq üçün universitetlərdə "evlilik və məhəbbət kursları" açır

Çin subay insanları evlənməyə və ailələri birdən çox uşaq sahibi olmağa inandırmaq üçün müxtəlif yollarla öz məhsuldarlıq kampaniyasını genişləndirib. 

HİT.az xəbər verir ki, "Financial Times"a (FT) görə, təşviqlər həm yerli, həm də milli səviyyədə həyata keçirilir.

Yerli hakimiyyət orqanları evli qadınlara zəng edərək uşaq sahibi olmaq planlarını soruşurlar. Çin sakinləri ilə söhbətlərdən və Çin sosial şəbəkələrindəki nəşrlərdən məlum olduğu kimi, bir çox qadın sağlamlıqlarını yoxlamaq üçün antenatal klinikalara dəvət olunur. Artıq bir və ya daha çox uşağı olan ailələrə daha çox uşaq dünyaya gətirmək üçün xüsusi müavinət verilir. Zeyanq şəhər sakininin sözlərinə görə, yerli hakimiyyət qadınlara ikinci uşaq dünyaya gətirəcəkləri təqdirdə 100 min yuan (14 min dollar) vəd edib.

Bundan əlavə, universitetlərdən subay tələbələr üçün “evlilik və məhəbbət kursları”nın açılması tələb olunur. Çinin Milli Səhiyyə Komissiyası bu ay bildirib ki, universitetlər tələbələrin sevgisini tapmaq üçün vacib bir yerdir. Eyni zamanda, komitənin tələbələr arasında keçirdiyi sorğunun məlumatları göstərib ki, respondentlərin 57%-i hələ də ailə həyatı qurmaq istəmir, çünki onlar təhsillə yanaşı, çox işləməli olurlar.

Samir
 

Seçilən
20
hit.az

1Mənbələr