Azərbaycanın Gürcüstandakı səfirliyi Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin 25 dekabr tarixində baş vermiş qəzası ilə əlaqədar olaraq başsağlığı kitabı açılacağını elan edib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, başsağlığı kitabı üçün müraciətlər aşağıdakı tarixlərdə və saatlarda qəbul ediləcək:
- 26 dekabr: saat 13:00-dan 18:00-a qədər;
- 27 dekabr: saat 10:00-dan 13:00-a qədər və 15:00-dan 18:00-a qədər.
Eyni zamanda, başsağlığı qeydləri elektron poçt vasitəsilə [email protected] ünvanına göndərilə bilər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkə ərazisində 26 dekabr matəm günü elan edilib.
Faciə nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbir, yaralananlara isə tezliklə şəfa diləyirik.