AZ

Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib

Azərbaycan hökumətinin nümayəndələri Aktauda Qazaxıstanın Baş nazinin müavini Kanat Bozumbayev ilə görüşüb.

APA xəbər verir ki, tərəflər daha sonra təyyarə qəzasında xəsarət alaraq, müalicə olunan yaralılara baş çəkiblər.

Manqistaunun akimi Nurdaulet Kilıbay onların vəziyyəti barədə məlumat verib. O bildirib ki, bütün xəsarət alanlar tam və hərtərəfli müayinə-müalicə prosesi ilə əhatə olunacaq.

Baş nazirin müavini K. Bozumbayev yaralıların effektiv müalicəsi üçün bütün lazımi tədbirlərin görülməsi ilə bağl tapşırıq verib.

Azərbaycan rəsmiləri göstərilən dəstəyə görə Qazaxıstan hökumətinə və xalqına təşəkkür edib.


Seçilən
18
5
sherg.az

6Mənbələr