Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə "qara qutu" aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov bildirib.
Qazaxıstanın baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayev isə mətbuat konfransında bildirib ki, təyyarə qəzasının səbəbləri ciddi şəkildə araşdırılır.