AZ

Zərərçəkmişlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq hərəkətləri, o cümlədən zərərçəkmişlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Hazırda Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov 160 ünvanında yerləşən inzibati binasında *(Dərnəgül metrostansiyasının yaxınlığı)* yaralıların yaxın qohumlarından DNT analizi götürülür.

Odur ki, müvafiq analizlərin verilməsi üçün hadisə nəticəsində zərərəkmişlərin ailə üzvlərinin *qeyd olunan ünvana* və ya *yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına* yaxınlaşmalarını, habelə, əlavə suallar olduğu təqdirdə Baş Prokurorluğun *"961"* nömrəli Çağrı Mərkəzi, *"161"* nömrəli Qaynar xətti və *(012) 361 16 42* saylı əlaqə nömrəsinə zəng etmələrini xahiş edirik.

Seçilən
21
44
operativmedia.az

10Mənbələr