ADP təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib...Bu gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Bakı-Qroznı reysini yerinəyetirərkən Qazaxstanın Aktau şəhərinin yaxınlığında təcili eniş edərkən qəzaya uğramışdır. Qəzanəticəsində çoxlu sayda insan faciəli şəkildə həlak olmuşdur. Qəzanın baş vermə səbəbləribarədə hal-hazırda çoxlu sayda versiyalar mövcuddur.ADP baş vermiş təyyarə qəzasında aralarında Azərbaycan vətəndaşlarının da olduğuçoxsaylı insan tələfatını dərin üzüntü ilə qarşıladığını bildirir.ADP hesab edir ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasısəbəbləri obyektiv, hərtərəfli və şəffaf şəkildə araşdırılmalı, bu barədə müntəzəm olaraqictimaiyyətə məlumatlar verilməli və cəmiyyətdə yaranan narahatçılıqlara son qoyulmalıdır.ADP baş vermiş təyyarə qəzasında həlak olan bütün insanların ailələrinə və yaxınlarınadərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyir, bu ağır günlərdə onların kədərinəşərik olduğunu bildirir, yaralılara isə tezliklə öz sağlamlıqlarına qovuşmasını diləyir.ADP Qazaxstanın dövlət orqanlarının baş vermiş qəzaya operativ və adekvatdavrandıqlarını və xeyli insanın həyatını xilas etdiklərini təqdir edib və qardaş Qazaxstandövlətinə minnətdarlığını bildirir.ADP bir daha xalqımızın bu cür faciələrlə üzləşməyəcəyinə əminliyini ifadə edir,dövlətinizə əmin-amanlıq və xalqınıza rifah dolu günlər arzulayır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta