Qəzaya uğrayan Bakı-Qroznı təyyarəsində olan sərnişinlərdən bəzilərinin öldüyü deyilsə də, onlar sağdır.
Sağ qalanlar arasında Zaqatala rayonu Danaçı kəndindən olan Mahir və Arif Carayevlər də var.
Bu barədə Bakupost.az-a onların yaxınları məlumat verib:
"Mahir əməliyyat olunub, reanimasiyadadır. Vəziyyəti orta-ağırdıri deyirlər. Ailəsi ilə telefonla danışıb. Xizri də, qızı da sağdır..Arif idə sağdır, amma komadadır, deyirlər".