AZ

Qəzaya uğrayan Bakı-Qroznı sərnişin təyyarəsinə görə Azərbaycanda matəm elan olunub

AZAL sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlara görə dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib.

Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan təyyarə Qazaxıstanda Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. 30-dan çox adam həlak olub.

Təyyarədə 5-i ekipaj üzvü olmaqla 62 sərnişin olub. Rəsmi məlumata görə, 29 nəfər qəzadan sağ çıxıb, onların müalicəsi davam etdirilir.

Azərbaycan mediası yazır ki, təyyarədə olan 30-dan çox Azərbaycan vətəndaşından 10-u Balakən sakinidir. Təyarədəki sərnişinlrdən biri - Samir Dəvrişovun bacısı Günay Dəvrişova BBC Azərbaycancaya bildirib ki, atası da qardaşı ilə bir yerdə olub, amma atasından xəbər yoxdur. O, qardaşı Samirin ciddi xəsarət almadığını deyir.

Günay Dəvrişovanın sözlərinə görə, qardaşı Qroznıya işləməyə gedirmiş, orda fəhləliklə məşğulmuş.

AZAL-dan BBC-yə bildiriblər ki, təyyarə dumanlı havaya görə Qroznıya enə bilməyib, ona görə də Aktauya istiqamət alıb. Qəzanın səbəbləri həllik bəlli deyil.

Dekabrn 25-də MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya gedən Prezident İlham Əliyev qəzaya görə səfəri təxirə salaraq geri qayıdıb.

O, elə Bakı hava limanındaca müşaviə keçirib, Prezident.az xəbər verib.

İlham Əliyev deyib ki, qəzanın səbəbləri onlara bəlli deyil. Sitat: "Ancaq müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır".

Qəza ilə bağlı Azərbaycan Baş Prokurorluğu cinayət işi açıb. Bəzi dövlət rəsmiləri Qazaxıstana ezam olunublar.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
24
bbc.com

1Mənbələr