AZ

Manqistaunun Administrasiyası məlumat yaydı: Bu nömrə ilə əlaqə saxlamaq mümkündür

Qazaxıstanda baş vermiş təyyarə qəzasında həlak olan və ya yaralanan şəxslərin yaxınlarının müraciəti məqsədilə “qaynar xətt” yaradılıb.

 

Bu barədə Manqistau vilayətinin administrasiyasından bildirilib.

 

Qeyd edilib ki, yuxarıda göstərilən kateqoriyadan olan şəxslər 24 saat ərzində +7 702 525 31 01 nömrəli telefona zəng etməklə məlumat ala və ya dəstək istəyə bilərlər:

 

“Biz onlara tələb olunan bütün dəstəyi göstərəcəyik. Bunun üçün sadəcə göstərilən telefon nömrəsinə müraciət etmək lazımdır. Sadəcə təyyarənin yaxınlarının adını və soyadını söyləmək tələb olunur. Onların qidalanması və yerləşdirilməsi də vilayət rəhbərliyi tərəfindən təşkil olunacaq”.

 

APA

Tarix: 25 Dekabr 2024, 22:41   
Seçilən
9
13
pravda.az

10Mənbələr