AZ

"ATƏT Qərbin alətinə çevrilib" - Rusiyanın daimi nümayəndəsi

"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ( ATƏT ) Qərbin alətinə çevrilərək öz rolunu itirib".

Teleqraf.com xəbərverir ki, bunu "RİA Novosti"yə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

"ATƏT 2015-ci ildə Minsk razılaşmalarını həyata keçirməklə Donbassda münaqişənin dayandırılmasına kömək etmək şansı əldə edib. Ancaq təşkilat bu fürsəti sonra əldən verdi" - Lukaşeviç deyib.

Daimi nümayəndə həmçinin ATƏT-in Gürcüstanda, Dnestryanı bölgədə və Ermənistan-Azərbaycan münaqişəsində uğursuzluğa düçar olduğunu deyib.

“Baxmayaraq ki, ATƏT-in ən mühüm funksiyası erkən xəbərdarlıq və mübahisələrin həllidir. Ancaq reallıqda ATƏT-in göründüyü yerdə xaos və ya müharibə yaranır, çünki Qərb ölkələri ATƏT-i “öz institutu” hesab edərək bu dağıdıcı prosesləri manipulyasiya etməyə çalışırlar”, - Lukaşeviç bildirib.


Müəllif: Arzu
Seçilən
12
teleqraf.com

1Mənbələr