AZ

Qazaxıstan səfiri Azərbaycana bağlı başsağlığı verdi

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin teleqram kanalında deyilir.

“Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin ağrı ilə aldım. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi adından həlak olanların yaxınlarına başsağlığı verirəm. Yerləri cənnət olsun! Xəsarət alanlara tezliklə şəfa diləyirəm”, - məlumatda deyilir.

Diplomat vurğulayıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə təyyarə qəzasının səbəblərini araşdırmaq və ilk yardımın göstərilməsi üçün Hökumət Komissiyası yaradılıb.

“Hazırda hər iki ölkənin səlahiyyətli orqanları birlikdə bütün lazımi tədbirləri görürlər. Qazaxıstanın tibb müəssisələri müvafiq yardım göstərir və Aktaunun bir çox qayğıkeş sakinləri yaralılar üçün qan verirlər. Qazaxıstanlılar Azərbaycanın səfirliyinə və baş konsulluğunun qarşısına güllər gətirirlər. Qazaxıstanın Bakıdakı səfirliyində bayraq yarıya qədər endirilib. Əminəm ki, Qazaxıstan və Azərbaycan bu sınaqdan qardaşlıq və qarşılıqlı yardım ruhunda çıxacaq. Biz birlikdəyik”.


Müəllif: Teleqraf.com
Seçilən
12
50
teleqraf.com

10Mənbələr