Havay adaları qrupu daxil olan Maui adasındakı Kuhului hava limanının əməkdaşları Çikaqodan gələn "United Airlines" təyyarəsinin göyərtəsində meyit tapıblar.
Söz.az BBC-yə istinadən xəbər verir ki, təyyarənin cəsəd şassisi bölməsində aşkar edilib.
Məlumata görə, 202 saylı reys dekabrın 24-də səhər saatlarında Çikaqodan havaya qalxıb. Günortadan sonra isə Havay adalarına enib.
Aviaşirkət həmin şəxsin eniş qurğusuna necə daxil ola biləcəyini hələ də anlamaqdıqlarını deyib.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Ölən şəxsin şəxsiyyəti müəyyənləşdirilir.