AZ

Azərbaycan təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub - Ukraynadan kritik iddia

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer 190” tipli təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu iddia edib.

Kovalenko Telegram hesabından verdiyi yazılı açıqlamada bu gün Bakı-Qroznı reysi zamanı Azərbaycan Hava Yollarına məxsus Embraer 190 tipli təyyarənin qəzaya uğraması ilə bağlı qiymətləndirmə edib.

Təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu iddia edən Kovalenko bu açıqlamanı verib:

"Dünən səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Rusiya Qroznı üzərində hava məkanını bağlamalı idi, amma bunu etməyib. Təyyarə ruslar tərəfindən zədələnib və fövqəladə vəziyyətlə insanların həyatını xilas etmək üçün Qazaxıstana göndərilib”.

Qazaxıstanda təyyarə qəzası

AZAL-ın Bakı-Qroznı reysi ilə hərəkət edən Embraer 190 tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

AZAL təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla 67 nəfərin olduğunu açıqlayıb.

Seçilən
22
1
kommersant.az

2Mənbələr