AZ

Maqneziumsuz “D” vitamini orqanizm üçün nə verir?

“D” vitamininin bədən üçün faydalarını təsdiqləyən bir çox araşdırmalar var.

KONKRET.az xəbər verir ki, bir çox mütəxəssislər  qışda günəş şüalarının az olması səbəbindən müvafiq qida əlavələri qəbul etməyi tövsiyə edir. Ancaq bədən onu düzgün qəbul etməzsə faydasız, hətta zərərli ola bilər. Bunun üçün orqanizmin kifayət qədər maqnezium almasına ehtiyac var. Son illər pəhrizlərin daha çox dəb halını alması səbəbindən qidalardakı maqneziumun tərkibi aşağı düşüb. Bundan sonra bədəndə  maqnezium çatışmazlığı kalsium və fosfat səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da  damarların tıxanmasına gətirib çıxarır. Mütəxəssislər hesab edirlər ki,  bədəndə maqnezium səviyyəsi aşağı düşən zaman “D” vitamini qəbul etmək vacibdir.

Vəli Həsənov,

KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr