“Taste Atlas” bu ilin ən pis yeməklər reytinqinin nəticələrini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, istifadəçi səsləri ilə müəyyən edilən siyahının başında 5 baldan 1,5 bal toplayan Braziliyaya məxsus mal ətindən hazırlanan “Coxao duro” yer alıb.
Rusiyanın məşhur ət jeli “xolodets” bu il də reytinqdə öz yerini tapıb. “Xolodets” 2,8 balla ən pis yeməklər siyahısında 64-cü yerdədir.
“Xolodets”dən iki pillə aşağı olan Türkiyə mətbəxinə məxsus “Kapuska” bu dəfə 2,8 xal toplayıb.
Rusiyanın Saxa vilayətinin “İndigirka” salatı da 2,8 balla 73-cü yerdə qərarlaşıb. Bu salat çiy dondurulmuş balıq və soğanla hazırlanır. Üzərinə duz, istiot və zeytun yağı ilə ədviyyat əlavə edilir və bir parça buz üzərində süfrəyə verilir.
Reytinqləri hazırlayarkən “TasteAtlas” cəmiyyətin qiymətləndirmələrinə əsaslanır və real istifadəçiləri tanıya bilir. Bildirilir ki, onun botları millətçi rəylərə məhəl qoymayan bir sıra mexanizmlərdən istifadə edir, eyni zamanda məlumatlı olduğu bilinən istifadəçilərin rəylərinə əlavə dəyər verir.