Qazaxıstanda təyyarə qəzasından sonra Aktaudan təxliyə edilən Rusiya vətəndaşlarının vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) “Tsentrospas” dəstəsinin anestezioloq-reanimatoloqu Viktor Belinski bildirib.
“Bizim təyyarənin göyərtəsində bütün zərərçəkənlər var. Onların vəziyyətləri ağırdır, lakin onlar daşına bilirlər. Moskvaya uğurlu təxliyə üçün təyyarədə bütün zəruri yardım göstəriləcək”, - o bildirib.
Rusiya FHN-nin İl-76 təyyarəsi Aktaudan havaya qalxıb, təyyarə qəzasında xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Moskvaya çatdıracaq.