AZ

Qəzada həlak olan azərbaycanlıların ailələrinə MƏLUMAT VERİLİB

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qazaxıstan tərəfi bildirib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib.

Modern.az-ın məlumatına görə, təyyar qəzasında həlak olanlar Azərbaycan vətəndaşlarının hamısının ailələrinə məlumat verilib.

İdentifikasiya işləri tamamlandıqdan sonra həlak olan şəxslərin cənazələri Bakıya gətiriləcək və aidiyyatı üzrə təhvil veriləcək.

Həlak olan sərnişinlərin yaşadıqları ərazidə dəfn ediləcəkləri bildirilir.

Seçilən
13
1
modern.az

2Mənbələr