AZAL-ın qəzaya düşən təyyarəsində sərnişinləri son ana qədər sakitləşdirməyə çalışan, “Hər şey yaxşı olacaq” deyən stüardessa Hökümə Əliyeva ölümü təsdiqlənib.
Yenicag.az xəbər verir ki, onun meyiti artıq tanınıb.
Yaxınlarının verdiyi məlumata görə, H.Əliyevanın meyitinin bu gün ölkəmizə gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, bundan öncə ekipaj heyətindən (5 nəfər) yalnız 2 pilotun həlak olduğu bildirilmişdi.