İsrailin baş naziri Binyamin Netanyahu son həftələrdə Yəməndən Tel-Əvivə raket və pilotsuz uçuş aparatları (PUA) hücumlarını artıran İranın dəstəklədiyi husiləri hədələyib.
Publika.az xəbər verir ki, baş nazir Hanukka bayramı münasibətilə “X” platformasında açıqlama verib.
“Biz düşmənlərə və burada həyatımızın ipini kəsəcəklərini düşünənlərə hücum edirik, ona görə də bu, hamıya şamil ediləcək”, - deyə o, bildirib.
Netanyahu husilərə qarşı təhdidlər edib: “Husilər də HƏMAS, "Hizbullah", Əsəd rejimi və başqalarının öyrəndiklərini öyrənəcək və hətta vaxt tələb etsə belə, bütün Yaxın Şərq bundan dərs alacaq”.