Qazaxıstanın Manqistau vilayətinin rəhbərliyi Aktauda baş vermiş təyyarə qəzası qurbanlarının müalicəsi barədə məlumat verib.
Teleqraf.com xəbər verir ki, açıqlamada bütün xəstələrin Səhiyyə Nazirliyinin diaqnostika və müalicə protokoluna uyğun olaraq tam müalicə aldıqları, bütün zərərçəkənlər müayinə olunduğu qeyd edilib.
Hazırda Qazaxıstanda 20 zərərçəkən həkim nəzarətindədir, onlardan 6-sı reanimasiyadadır. İki xəstə reanimasiyadan travmatologiya şöbəsinə köçürülüb.
Qazaxıstan Səhiyyə Nazirliyi də bildirib ki, xəstələr müxtəlif və ya çoxsaylı xəsarətlərlə daxil olublar: qapalı kəllə-beyin zədəsi, beyin sarsıntısı, döş qəfəsinin qapalı xəsarətləri, travmatik şok. Xəstələrin 13-ü travmatologiya, 2-si neyrocərrahiyyə, 1-i cərrahiyyə şöbəsindədir.
11 xəstədən səkkizi süni nəfəs aparatındadır.