AZ

"Qərb dövlətləri yeni qarşıdurmaya hazırlaşırlar" -Keçmiş diplomat

Qərb dövlətləri Rusiya Federasiyasına Ukrayna münaqişəsinin həlli üçün real yollar təklif edə bilmir. Rusiya mediasının yaydığı məlumata görə, bunu istefada olan amerikalı diplomat Cim Catras deyib.

Ekspertin fikrincə, ABŞ və müttəfiqlərinin siyasəti Avropada dominant mövqeyini qoruyub saxlamağa yönəlib. Qərb dövlətlərinin digər məqsədi yeni qarşıdurmaya hazırlaşmaqdır.

“Münasibətləri yaxşılaşdırmaq üçün hələ də şanslar var. Amma görün nələr baş verir. Donald Tramp əslində Amerika İmperiyasının dağıdılması prosesinə rəhbərlik etmək üçün prezident olmadı... O sadəcə Ukraynada məğlubiyyətdən qaçmaq istəyir”, - diplomat vurğulayıb.

Catras əminliyini bildirib ki, Ağ Evin gələcək sakini Ukrayna münaqişəsini “dondurmağa” çalışır.

Tural

Seçilən
3
news365.az

1Mənbələr