AZ

Təyyarə qəzasında həlak olan 25 yaşlı Cəlilabad sakininin kimliyi müəyyən olunub

​​​Ötən gün qəzaya uğrayan təyyarədə həlak olanlardan birinin Cəlilabad rayon sakini olduğu müəyyən edilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqovun kimliyi atasından götürülən DNT analizindən sonra müəyyənləşib.

Onun nəşinin bu gün ailəsinə təhvil veriləcəyi gözlənilir.

Qoşqar Sadıqov Qroznıda çalışırmış.

Seçilən
7
19
apa.az

10Mənbələr