AZ

Qazaxıstan və Azərbaycan sözdə deyil, əməldə müttəfiqdirlər - Səfir

Bakı. Trend:

Aktau faciəsi göstərdi ki, Qazaxıstan və Azərbaycan sözdə deyil,əməldə müttəfiqdirlər.

Trend xəbər verir ki, bubarədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel mətbuataverdiyi açıqlamada bildirib.

"Dost dar gündə tanınar. Buna görə də Qazaxıstan və Azərbaycanhəm sevinci, həm də kədəri birlikdə bölüşür. PrezidentlərKasım-Jomart Tokayevin və İlham Əliyevin tapşırığına əsasən, həriki ölkənin aidiyyəti qurumları aviaqəzanın səbəblərininaraşdırılması və ilkin yardımın göstərilməsi üçün birgə lazımitədbirlər görür", - o deyib.

Diplomat vurğulayıb ki, qardaş ölkələr yüksək həmrəylik vəqarşılıqlı yardım nümunəsini sərgiləyirlər.

"Dövlət strukturları prosesləri ahəng şəkildə koordinasiya edir,xilasedicilər, tibb və nəqliyyat işçiləri operativ şəkildə öz işinigörüblər, bir çox biganə qalmayan Qazaxıstan vətəndaşları qanveriblər və Azərbaycanın Aktauda və Astanada yerləşən xaricinümayəndəliklərinin qarşısında gül dəstələri qoyublar", - o qeydedib.

"Faciə göstərib ki, Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil,əməldə də müttəfiqdirlər, bu da nikbinlik və gələcəyə inam bəxşedir", - deyə Alim Bayel əlavə edib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.

Seçilən
85
1
az.trend.az

2Mənbələr